60 mindən çox immiqrant ABŞ-Meksika sərhədinə axın edib - FOTO

60 mindən çox immiqrant ABŞ-Meksika sərhədinə axın edib - FOTO

ABŞ-da "Covid-19" epidemiyasının yayılmasının qarşısını almaq və qeyri-qanuni miqrantların geri qayıtmasına imkan verən hüquqi tənzimləmənin sona çatması səbəbindən 60 mindən çox sığınacaq axtaran şəxs Meksika sərhədinə axın edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, keçmiş prezident Donald Tramp dövründə ABŞ-da qlobal "Covid-19 epidemiyası səbəbi ilə 2020-ci ilin mart ayında qüvvəyə minən və sərhədi qanunsuz keçən qeyri-qanuni miqrantların Meksikaya qayıtmasına icazə verən "T42" qanuni tənzimləməsi dünən gecə saat 23.59-da sona çatdı.

Tətbiqin sona çatması səbəbi ilə on minlərlə mühacir günlər əvvəl Meksikanın şimalından ABŞ sərhədinə doğru hərəkət etməyə başladı. ABŞ Gömrük və Sərhəd Mühafizəsinin rəisi Raul Ortiz bildirib ki, hazırda 60 mindən çox immiqrant ABŞ-a keçmək üçün sərhəddə gözləyir.

Ortiz açıqlamasında, sərhəd təhlükəsizliyi qruplarının ölkəyə axın etməsi gözlənilən qeyri-qanuni mühacirlərə qarşı həyəcan təbili çaldığını və hal-hazırda sərhəd patrul obyektlərində olan mühacirlərin sayının xeyli çox olduğunu bildirib.

Fazil Hənifəyev

Bütün xəbərlər Facebook səhifəmizdə