ABŞ-da koronavirusla bağlı təcili yardım proqramı başa çatıb

ABŞ-da koronavirusla bağlı təcili yardım proqramı başa çatıb

ABŞ-ın səhiyyə naziri Xavier Becerra, ABŞ prezidenti Co Bayden və administrasiyasının qəbul etdiyi qərarlar sayəsində ölkənin "COVID-19" epidemiyası dövrünün hər hansı digər dövründən daha yaxşı vəziyyətdə keçdiyini bildirdi. SİA xarici mətbuata istinadən xəbər verir ki, "COVID-19" Əhali Sağlamlığı Təcili Yardımı Tətbiqinin bu gündən rəsmi olaraq sona çatdığını ifadə edən Becerra, "Son 2,5 ildə bir çox dərs aldıq. Yerli təchizat zəncirində çeviklik yaratmaqla hazırlıq və cavab tədbirləri, adekvat ehtiyatları təmin etmək üçün potensialın yaradılması və "NextGen" kimi layihələr vasitəsilə innovasiyaları təşviq etmək, səylərimizi gücləndirmək üçün çalışdıq",- ifadələrini işlədib.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin paylaşdığı son məlumatlara görə, bu günə qədər ölkədə 104 milyondan çox insan" COVID-19"-a yoluxub və virusa görə həyatını itirənlərin sayı 1 milyon 131 min 819-a çatıb.

Fazil Hənifəyev

Bütün xəbərlər Facebook səhifəmizdə