On beş yaşlı qız gizlin dünyaya gətirdiyi körpəsini öldürüb

On beş yaşlı qız gizlin dünyaya gətirdiyi körpəsini öldürüb

İngiltərədə yaşayan 15 yaşlı Paris Mayo valideynləri evdə olarkən uşaq dünyaya gətirib. Mayo daha sonra uşağını boğaraq öldürüb və onu zibil torbasına atıb. SİA xarici mətbuata istinadən bildirir ki, hazırda 19 yaşı olan Paris Mayo 15 yaşında olarkən dünyaya gətirdiyi körpəni boğduqdan sonra körpənin boğazına pambıq dolduraraq zibil torbasına qoyub. Səhəri gün o, qardaşına mesaj yazıb və evdən çıxarkən zibil torbasını zibil qabına atmasını istəyib.

Amma səhər evdən çıxarkən anasının diqqətini qapının qabağındakı zibil torbası çəkib. Çantada cansız körpə cəsədini görən ana qışqıraraq polisə müraciət edib. Hadisə yerinə gələn polis əməkdaşları Parisi saxlayıb.

Qatil ana ifadəsində hamilə olduğunu bilmədiyini, körpənin qəfildən doğulduğunu, körpənin öldüyünü desə də, müayinədə körpənin qəsdən, boğularaq öldürüldüyü müəyyən edilib.

Paris 2019-cu ildə törətdiyi qətldə təqsirli bilinib və qətlə görə mühakimə olunur.

Fazil Hənifəyev

Bütün xəbərlər Facebook səhifəmizdə