Əgər Ukrayna taxıl müqaviləsi uzadılmasa, dünyanı qidalandırmaq bizim üçün çətin olacaq. SİA xarici KİV-ə istinadən bildirir ki, Ümumdünya Ərzaq Proqramının rəhbəri xəbərdarlıq edib ki, Rusiya Ukrayna ilə taxıl müqaviləsindən çıxsa, dünyanı "doydurmaq" təmin eləmək çətin olacaq.
BBC-yə müsahibə verən Sindi Makkeyn bəyan edib ki, mayın 18-də başa çatacaq müqavilə yenilənməlidir.
Müharibəyə baxmayaraq davam edən taxıl ixracı müqaviləsi, Ukraynanın milyonlarla ton ərzaq göndərməsinə imkan verdi. Razılaşma ötən ilin iyulunda Türkiyə və BMT-nin vasitəçiliyi ilə imzalanıb.
Ukrayna günəbaxan, qarğıdalı, buğda və arpa kimi taxılların əsas ixracatçısıdır. Eyni zamanda, BMT Moskvanın kənd təsərrüfatı məhsullarının daşınmasını özü həyata keçirə biləcəyi barədə razılığa gəlmişdi.
Makkeyn həmçinin qeyd edib ki, ukraynalı fermerlər bu il məhsullarını bazara çıxara bilməyəcəklər: “Bilirəm ki, bəzi təsərrüfatlar hələ də işləyir. Amma unutmaq olmaz ki, hazırda istehsal sahələrinin böyük hissəsi minalanmış vəziyyətdədir", - deyə bildirib.
Rusiyanın müqaviləni uzatmağa razı olub-olmayacağı ilə bağlı suala Makkeyn belə cavab verib: “Xeyr, mən çox da optimist deyiləm. İndiyə qədər eşitdiklərimə əsasən razılıq olması ehtimalı 50/50 - dir. Bu məni çox narahat edir. Bu, başqalarını da narahat etməlidir”, - deyə o bildirib.
Fazil Hənifəyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB