ABŞ-ın “Abrams” tankları payızın əvvəlində Ukraynaya təhvil veriləcək
ABŞ-ın “Abrams” tankları payızın əvvəlində Ukrayna Silahlı Qüvvələrinə təhvil veriləcək. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Senatında Pentaqonun rəhbəri Lloyd Ostin danışıb.
"Biz bu tankların çatdırılmasını sürətləndirmək üçün mümkün olan hər şeyi edirik, məsələn, payızın başlanğıcı bir proqnozdur. Bir neçə tank təlim üçün Ukraynaya təhvil verilib. ABŞ texnikaya xidmət edilə bilməsi üçün infrastruktur da yerləşdirir", - deyə o bildirib.
Ostin turbin mühərrikə malik və müasir mürəkkəb sistemlərlə təchiz edilmiş tankların xüsusiyyətlərinə diqqət çəkib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB