Türkiyədə zəncirvari ağır qəza - 7 ölü, 7 yaralı

Türkiyədə zəncirvari ağır qəza - 7 ölü, 7 yaralı

Türkiyənin Adana vilayətinin Pozantı bölgəsində 4 avtomobil, 2 polis maşını, 2 pikap və bir TIR-ın iştirakı ilə zəncirvari yol qəzası baş verib. SİA xəbər verir ki, bu barədə "HaberTürk" kanalı məlumat yayıb.

Bildirilir ki, qəza zamanı 7 nəfər həyatını itirib, 7 nəfər isə yaralanıb.

Hadisə yerinə sağlamlıq və polis qrupları cəlb olunub.

Yaralılar təcili yardım maşınları ilə xəstəxanalara aparılıb. Qəza səbəbindən magistral yol bağlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə