Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşıdan gələn seçkilərdə əsas rəqibi olan Türkiyə prezidentliyinə namizəd Kamal Kılıçdaroğlu Rusiyanı sui-qəsddə günahlandıraraq, “əlinizi Türkiyə dövlətindən çəkmin” çağırışı edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə o, “Twitter” hesabında yazıb.
“…Əziz rusiyalı dostlar, dünən bu ölkədə ifşa olunan montajların, sui-qəsdlərin, “Deep Fake” məzmunlu yazıların arxasında siz dayanırsınız. Mayın 15-dən sonra dostluğumuza davam etmək istəyirsinizsə, əlinizi Türkiyə dövlətindən uzaq tutun”-yazan Kılıçdaroğlu, Türkiyənin hələ də Rusiya ilə əməkdaşlıq və dostluğun tərəfdarı olduğunu bildirib.
Qeyd edək ki, siyasətçinin bəyanatı ölkə prezidentinin tərəfdarları qarşısında çıxışında kürd yaraqlılarının liderinin Kılıçdaroğluna səs verməyə çağırışını əks etdirən videonu nümayiş etdirdikdən sonra edilib.
Xatırladaq ki, Türkiyədə mayın 14-də prezident və parlament seçkiləri keçiriləcək. Onlarda hazırkı lider Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək. Seçkilərdə siyasətçinin əsas rəqibinin Kılıçdaroğlu olacağı gözlənilir. Qələbə qazanmaq üçün 50 faiz səs üstəgəl bir səs toplamaq lazımdır, əks halda mayın 28-nə təyin olunan seçkilərin ikinci turu olacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB