Bu arada Dövlət Dumasının Krım bölgəsindən deputatı Mixail Şeremet Ukrayna Silahlı Qüvvələrinin Britaniyanın “Storm Shadow” uzaqmənzilli qanadlı raketlərindən istifadə edəcəyi təqdirdə, Ukraynanın qərb sərhədlərinə kütləvi raket hücumunun zəruriliyini bəyan edib.
SİA xəbər verir ki, bu barədə mayın 11-də RİA Novosti məlumat yayıb.
“Kütləvi qırğın silahlarının Polşadan Ukrayna ərazisinə ötürülməsi ehtimalını kəsməyin vaxtıdır”.
Bunu deyən Şeremetin fikrincə, Rusiyanın suveren sərhədlərini bu yolla pozmağa qərar verən "qaynar adamları soyutmaq" lazımdır.
Yeri gəlmişkən Rusiya prezidentinin sözçüsü Dmitri Peskov cümə axşamı keçirdiyi brifinqdə Moskva Böyük Britaniyanın Ukraynaya “Storm Shadow” uzaqmənzilli qanadlı raketləri tədarük etməsinə son dərəcə mənfi yanaşdığını bildirmişdi.
Kreml sözçüsü əlavə edib ki, bunun üçün Rusiya hərbçilərindən adekvat cavab tələb olunacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB