Ramzan döyüşə ən effektiv diviziyalarından birini göndərir...

Ramzan döyüşə ən effektiv diviziyalarından birini göndərir...

Rusiya Qvardiyasının 96-cı əməliyyat alayı Çeçenistandan Ukraynadakı hərbi əməliyyatlar zonasına göndərilib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə respublika rəhbəri Ramzan Kadırov bildirib.

Qeyd edək ki, Ramzan bu hissəni Rusiya Qvardiyasının ən döyüşə hazır və effektiv diviziyalarından biri adlandırıb.

“...Bölmənin yüksək effektivliyi ondan irəli gəlir ki, bir çox hərbi qulluqçuların arxasında zəngin döyüş təcrübəsi var. Onlar dəfələrlə davam edən xüsusi hərbi əməliyyat çərçivəsində ən çətin mövqe döyüşlərində və xüsusi tədbirlərdə, eləcə də Çeçenistan Respublikası ərazisində beynəlxalq terrorizmlə mübarizədə iştirak ediblər. Buna görə də onların bacarıqları eyni Ukrayna və NATO quldurlarınınkından daha yüksəkdir”.

Bunu yazan Kadırovun sözlərinə görə, döyüşçülər vəzifələrdə “əsgər qardaşlarını” əvəz etməlidirlər.

Yeri gəlmişkən, Kadırov hər həftə Çeçenistandan xüsusi əməliyyat zonasına Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinin bazasında yüksək keyfiyyətli döyüş və taktiki hazırlıq kursu keçmiş könüllülərdən ibarət qruplar göndərildiyini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə