ABŞ-ın defoltu Vaşinqtonun qlobal nüfuzuna təsir göstərə bilər. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu mayın 11-də ABŞ Konqresinin Senatının Təxsisatlar Komitəsində dinləmələr zamanı Pentaqonun rəhbəri Lloyd Ostin bildirib.
Müdafiə nazirinin sözlərinə görə, ABŞ bütün dünyada sabitlik mənbəyi kimi öz hesablarının çox etibarlı və vaxtında ödənilməsi kimi tanınır. Lakin defolt halında ölkə öz ordusuna sabit ödənişlər verə bilməyəcək.
“Bu sabitlik bizim üçün çox vacibdir, lakin bu, bizim hərbçilərin və mülki işçilərin cibinə ağır zərbə vuracaq”-deyə dedi Pentaqon rəhbəri bildirib.
Xatırladaq ki, prezident Cozef Bayden ABŞ-ın dövlət borcu üzrə defolt halında bütün dünyaya problemlər vəd etmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB