Məhkəmə sədrinə sui-qəsd etmək istəyən ukraynalı tutulub

Məhkəmə sədrinə sui-qəsd etmək istəyən ukraynalı tutulub

Mayın 11-də Melitopolda Zaporojye vilayəti məhkəməsinin sədrinə sui-qəsd edilib. Bu barədə vilayət qubernatoru vəzifəsini icra edən Yevgeni Balitski özünün Teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, cəhd nəticəsində hakimin özü xəsarət almayıb. Amma iki mühafizəçi yaralanıb, onlar hazırda tibb müəssisəsindədirlər.

“Bu cəhd Kiyev nasistlərinin regionumuzda vəziyyəti sabitsizləşdirmək, dinc həyatın yaranmasının qarşısını almaq üçün növbəti cəhdindən başqa bir şey deyil”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Balitski yazıb.

Balitskinin sözlərinə görə, hazırda istintaq şübhəlilərin şəxsiyyətini müəyyənləşdirir.

Xatırladaq ki, bir müddət bundan əvvəl Rusiyanın Federal Təhlükəsizlik Xidməti Zaporojye vilayətində terror aktları həyata keçirmək istəyən ukraynalının saxlanılması barədə məlumat yaymışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə