“Tbilisi Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək”

Rusiya ilə ticarəti dayandırmağı, uçuşları bərpa etməməyyi məsləhət görən avropalı dostlar niyə bunu özləri etmirlər, ticarəti dayandırmırlar?
“Tbilisi Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək”

Gürcüstanın baş naziri İrakli Qaribaşvili, Gürcüstanın Rusiyaya qarşı birtərəfli sanksiyalar tətbiq etməyəcəyini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “İnterfaks” xəbər verir.

“Biz Rusiyaya qarşı birtərəfli iqtisadi sanksiyalar tətbiq etməyəcəyik, çünki bu addımla əhalimiz və biznesimiz üçün böyük problemlər yaradacağıq”, - deyə Qaribaşvili bildirib.

Eyni zamanda o, Rusiya şirkətləri və sanksiyalara məruz qalan vətəndaşların Gürcüstan ərazisindən istifadə edə bilməyəcəklərini də qeyd edib.

“Rusiya ilə ticarət və iqtisadiyyata gəlincə, bu, bizim maraqlarımıza uyğundur. Hər kəs bu fakta anlayışla yanaşmalıdır, ilk növbədə bizim dostlarımız, əgər onlar həqiqətən bizim dostumuzdursa və başqa niyyətləri yoxdursa”.

Bunu da Qaribaşvili bildirib.

Maraqlıdır ki, gürcü baş nazir Rusiya ilə ticarəti dayandırmağı, uçuşları bərpa etməməyyi məsləhət görən avropalı dostlar niyə bunu özləri etmirlər, ticarəti dayandırmırlar?

Bunu sual kimi qoyan Qaribaşvili, təkcə keçən il Avropanın Rusiyaya 300 milyarda yaxın pul verdiyini xatırladır.

Qeyd edək ki, gürcü nazir gürcü xalqının sülh, sabitlik və ölkənin birləşməsini istədiyini deyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə