Çin niyə ABŞ-la əlaqə saxlamaqdan imtina edir

Çin niyə ABŞ-la əlaqə saxlamaqdan imtina edir

Bu arada Pekin Çin və ABŞ-ın müdafiə nazirlərinin ikitərəfli görüşündən imtina edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Vaşinqton iyun ayında Şanqri-La Təhlükəsizlik Forumunda Lloyd Oustin və Li Şanfu arasındakı söhbətə ümid edirdi.

Xatırladaq ki, bununla belə, Çin Xalq Azadlıq Ordusunun rəhbəri hələ 2018-ci ildə ABŞ tərəfindən sanksiyaya məruz qalıb. Ona görə də, Çin amerikalıların görüşməkdə israr etməsinə baxmayaraq, bunu, tətbiq edilmiş sanksiyanı ünsiyyət üçün əsas maneə kimi görür.

Qeyd edək ki, Çinin Ağ Evdən yüksək səviyyəli əlaqələrlə bağlı gələn təklifləri rədd etməsi ilk dəfə deyil.

Qeyd edək ki, ABŞ və Çin arasında dialoqun dalana dirəndiyi bir vaxtda, Rusiya və Çinin yüksək rütbəli rəsmiləri demək olar ki, hər gün əlaqə saxlayırlar.

Bunu isə, elə bil gözdağı kimi, Çin nəşrləri yazır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə