Polşa öz təyyarələrini Ukrayna Hərbi Hava Qüvvələrinə göndərəcək. Avropa İttifaqı yanında Daimi Nümayəndəliyi Varşavanın Kiyevə 14 ədəd “MiQ-29” qırıcısı təhvil verdiyini bildirib.
Ümumilikdə NATO ölkələri xüsusi hərbi əməliyyat zonasına 28 döyüş təyyarəsi yerləşdirib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Alyansın Ukraynaya verdiyi tankların 50 faizdən çoxunun Polşa tərəfindən hədiyyə edildiyini də vurğulayıb.
Yeri gəlmişkən, Ukrayna Silahlı Qüvvələrinin arsenalına 325 keçmiş Polşa tankı daxil olub.
Maraqlıdır ki, rusların yazdığına görə, guya Ukraynaya ünvanlanan hərbi ləvazimatların əhəmiyyətli hissəsi cəbhəyə çatmamış Rusiya hərbçiləri tərəfindən məhv edilir.
Bundan əlavə, ruslar bu silahları guya həm anbarlarda, həm də daşınma zamanı yararsız hala gətirirlər.
Moskva dəfələrlə Qərb ölkələrinə xəbərdarlıq edib ki, ukraynalılara silah tədarükünün xüsusi hərbi əməliyyatın gedişatını dəyişməyəcək, ancaq münaqişəni uzadacaq. Bundan əlavə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna Silahlı Qüvvələri üçün təchizat olan istənilən yükün Rusiya Federasiyası üçün qanuni hədəfə çevriləcəyini vurğulayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB