Türkiyənin qlobal humanitar yardım fəaliyyəti qiymətləndirilib

Türkiyənin qlobal humanitar yardım fəaliyyəti qiymətləndirilib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Nigeriya üzrə humanitar məsələlər üzrə koordinatoru Matias Smale Türkiyənin Yaxın Şərq və Afrikada həyata keçirdiyi humanitar yardım fəaliyyətlərinin əhəmiyyətinə diqqət çəkib.
Matias Smale deyib: ''Türkiyənin qlobal humanitar yardım fəaliyyətlərindəki rolu yüksək qiymətləndirilməlidir''.
Matias Smale Nigeriyanın şimal-şərqində davam edən terror hadisələri nəticəsində yaranan ərzaq böhranını və bölgəyə edilən yardımları qiymətləndirib.
Türkiyənin üzləşdiyi bəzi problemlərlə baxmayaraq yardıma ehtiyacı olan insanlara yardım etməyə davam etdiyini bildirən Matias Smale Türkiyənin humanitar yardım məsələsində beynəlxalq aktyor olmağa davam etdiyini qeyd edib.
“Mən bunu Yaxın Şərqdə və Somalidə özüm görmüşəm'' deyən Matias Smale Türkiyənin də hökumətlərarası əməkdaşlıq çərçivəsində Nigeriyaya böyük dəstək verdiyini qeyd edib.
Matias Smale deyib:“Türkiyənin qlobal humanitar yardım fəaliyyətlərindəki rolu yüksək qiymətləndirilməlidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə