"Qarşıdakı üç il ərzində müdafiə xərcləri 70 milyard avro artıracaq"
Yaxın üç ildə Avropa İttifaqına daxil olan ölkələrin birgə xərcləri 70 milyard avro artırılacaq.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu sözləri Brüsseldə keçirilən forumda Avropa diplomatiyasının rəhbəri Xosep Borrell deyib.
Borrell bildirib ki, Avropa İttifaqı ölkələri müdafiəni gücləndirmək üçün qarşıdakı üç il ərzində təxminən 70 milyard avro xərcləmək niyyətindədir.
“Avropa İttifaqı ölkələri qarşıdakı üç il ərzində müdafiə qabiliyyətinin artırılmasına 70 milyard avro xərcləmək niyyətindədir”-deyən Josep Borrell, Avropa İttifaqı ölkələrində hərbi sahənin maliyyələşdirilməsinin dəqiq vaxtını açıqlamayıb, lakin o vurğulayıb ki, hazırda Qərb diqqətini Ukraynaya yardım göstərməyə yönəltməlidir.
Qeyd edək ki, diplomat bütün sursat ehtiyatlarını Ukraynaya keçirmək təşəbbüsü ilə çıxış edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB