...Biz Vladimir Putinin Gürcüstan vətəndaşları üçün Rusiya vizalarının ləğvi və hava nəqliyyatının bərpası barədə qərarını hazırkı Gürcüstan hakimiyyətinin Ukraynaya hücumu ilə əlaqədar Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan imtina etməsinə, eləcə də işin ləngiməsinə görə siyasi kompensasiya kimi nəzərdən keçiririk. Avropaya inteqrasiya... Rusiya Gürcüstana şeytanla müqavilə bağlamağı təklif edir. Və şeytanla sövdələşmədə, bildiyiniz kimi, şeytan qalib gəlir.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Oleq Nikolenko yayıb.
Ukraynalı səlahiyyətliyə görə, Kreml gürcü xalqına verdiyi kədərə görə cavab vermədən güzəştlərə gedir?
O vaxt, 2008-ci ildə Rusiya təyyarələri dinc gürcü sakinləri bombalamaq üçün artıq Gürcüstana uçurdu. İndi isə ruslar gürcülərin Avropa gələcəyini bombalamağı planlaşdırırlar.
Çünki, Rusiya Gürcüstanın Avropa İttifaqı və NATO-ya daxil olmasında, çiçəklənməsində və inkişafında maraqlı deyil.
Nikolenkonun fikrincə, Moskvanın məqsədi Gürcüstandakı irəliləyişin qarçısını almaqdadır.
“Bu, suverenliyi və müstəqilliyi Rusiya Federasiyası tərəfindən mənimsənilmiş Belarusun təcrübəsində sübut olunub”-deyən Nikolenko, Gürcüstan cəmiyyətinin əhəmiyyətli hissəsinin Rusiya ilə yaxınlaşma siyasətini dəstəkləmədiyini və dəfələrlə öz mövqeyini, xüsusən də etiraz aksiyalarında ifadə etdiyini xatırladıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB