''Eren Huzur Bahar-Yaz-1'' əməliyyatı çərçivəsində Diyarbəkirin Lice qəsəbəsi ərazisində həyata keçirilən əməliyyat nəticəsində iki PKK terrorçusu zərərsizləşdirilib. Əməliyyatda 579 hərbi personal iştirak edib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, əməliyyat Diyarbəkir Jandarm Bölgə Komandanlığı ilə Diyarbəkir Şəhər Jandarm Komandanlığının koordinasiyası ilə həyata keçirilib.
Əməliyyat zamanı təhlükəsizlik qüvvələri ilə terrorçular arasında baş verən qarşıdurma zamanı iki terrorçu zərərsizləşdirilib. Əməliyyat nəticəsində həmçinin terrorçulara məxsus silah-sursat ələ keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB