Priqojin ruslara həyəcanlı xəbərdarlıq edir...

O, Ukrayna Silahlı Qüvvələrinin Artemivskı ələ keçirib Zaporojye vilayətinə və hətta Rusiyanın Bryansk, Belqorod vilayətlərinə hücuma keçə biləcəklərini etiraf edib
Priqojin ruslara həyəcanlı xəbərdarlıq edir...

"Vaqner” PMC-nin təsisçisi Yevgeni Priqojin mayın 11-də Ukrayna prezidenti Vladimir Zelenskinin Ukrayna qoşunlarının əks-hücumunun başlaması üçün daha bir neçə gün lazım olacağı barədə bəyanatını təkzib edərək, bunun artıq tam sürətlə getdiyini bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Priqojinin mətbuat xidməti onun Concorde şirkətinin teleqram kanalında məlumat verib.

“Zelenskinin əks-hücumla bağlı bəyanatı doğru deyil, bu, artıq aparılır. Zelenski səmimi deyil - əks-hücum tam sürətlə gedir. Ukrayna Silahlı Qüvvələrinin planı fəaliyyətdədir: onlar hücum edirlər, biz də onların hücumlarını dəf edirik, sonra onlar bizim əks-hücumlarımızı dəf edirlər”, - deyə Priqojin bildirib.

“Vaqner” qrupunun yaradıcısı, Ukrayna Silahlı Qüvvələrinin Artemivskı ələ keçirib Zaporojye vilayətinə və hətta Rusiyanın Bryansk, Belqorod vilayətlərinə hücuma keçə biləcəklərini etiraf edib.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl Yevgeni Priqojin Artemovskda “Vaqner” PMC bölmələrinin mühasirəyə alınmasının ciddi riski barədə xəbərdarlıq edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə