“KURTARAN-2023” adlı təlimlər başlayıb

“KURTARAN-2023” adlı təlimlər başlayıb

Türkiyə Dəniz, Quru və Hərbi Hava Qüvvələri, Sahil Mühafizə Komandanlığı qrupları və xarici ölkə müşahidəçilərinin iştirak etdiyi "KURTARAN-2023" təliminin mətbuat mərhələsi başlayıb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Təlimdə Türkiyə ilə yanaşı, Azərbaycan, Avstraliya, Bəhreyn, Bolqarıstan, Cənubi Koreya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, İndoneziya, Cənubi Afrika Respublikası, Qətər, Malayziya, Rumıniya, Sinqapur, Səudiyyə Ərəbistanı və Omandan 41 müşahidəçi iştirak edir.

Təlimlər çərçivəsində müxtəlif tapşırıqlar və maneverlər icra olunur.

Təlimlərin “Yüksək səviyyəli müşahidəçi günü”ndə Türkiyə Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Ercüment Tatlıoğlu və 31 ölkədən 32 hərbi atteşə iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə