Məhərrəm İncə namizədliyini geri götürüb

Məhərrəm İncə namizədliyini geri götürüb

Türkiyənin Məmləkət Partiyasının sədri Muharrem İnce prezidentliyə namizədliyini geri götürüb.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu barədə Muharrem İncə təşkil etdiyi mətbuat konfransında bildirib. Muharrem İncə namizədliyini geri götürsə də, seçicilərdən parlament seçkilərində partiyasına səs verməsini istəyib.

İncənin namizədliyini geri götürməsindən sonra Türkiyədə mayın 14-də keçiriləcək prezident seçkilərində mübarizə aparacaq namizədlərin sayı 3-ə düşüb.

Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır.

Bütün xəbərlər Facebook səhifəmizdə