Malayziyanın Lanqkavi adasında maraqlı hadisə baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ötən gecə 6 və 3 yaşlı iki qardaş oyuncaq maşın almaq üçün atalarının avtomobilini qaçırıblar. Ətrafdakı sürücülər avtomobilin nəzarətsiz istifadə edilməsi barədə polisə məlumat veriblər. Polisin ardınca gələn avtomobil idarəetməni itirərək işıq dirəyinə çırpılıb.
Langkavi polis rəisi Şariman Aşari deyib ki, uşaqlar anaları vanna otağında olarkən ataları yatarkən evdən gizlicə çıxıb maşına miniblər.
Polis zədələnmiş avtomobili ələ saxlada bildikdən sonra hadisə ilə bağlı araşdırma başladılıb.
Fazil Hənifəyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB