Almaniyada qaçqın yükünü yüngülləşdirmək və miqrasiya problemini aradan qaldırmaq üçün federal hökumətin bu il ştatlara əlavə 1 milyard avro ianə verəcəyi bildirilir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Almaniya kansleri Olaf Şolz ştatların baş nazirləri ilə ölkədəki qaçqınların vəziyyəti, qeyri-qanuni miqrasiya və ştatlara maliyyə dəstəyini müzakirə edib.
Qeyd edək ki, Almaniya hökuməti bundan əvvəl ştatlara qaçqınların sığınacağı üçün və digər xərclər üçün 2,75 milyard avro ayırmışdı. Yerli hökumətlər isə qaçqınların sayının artması səbəbindən sözügedən pulun kifayət etməyəcəyini müdafiə edirdilər.
Fazil Hənifəyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB