İtaliyada polis 7 müxtəlif bölgədə keçirdiyi reydlər zamanı ölkənin ən güclü mafioz qruplarından biri olan Ndrangheta üzvü olmaqda şübhəli bilinən 61 nəfəri saxlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, şübhəlilər saxtakarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, hökumətə sızma və fermerlərdən pul tələb etməkdə ittiham olunurlar.
Əməliyyatda 500-dən çox polisin iştirak etdiyi bildirilir və basqınların qruplaşmanın məhv edilməsi səylərinin bir hissəsi olduğu qeyd edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB