Sanna Marin boşanır

Aprelin əvvəlində Finlandiyada keçirilən seçkilərdə məğlub olaraq partiya sədrliyindən istefa verən dünyanın ən gənc keçmiş baş nazirlərindən biri olan Sanna Marin boşanacağını açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, ötən gün həyat yoldaşı Markus Raykkönenlə boşanmaq üçün rəsmi orqanlara müraciət edən Marin İnstaqram hesabından verdiyi açıqlamada "Sevdiyimiz qızımıza və birlikdə keçirdiyimiz 19 il üçün minnətdarıq" deyib.

2018-ci il təvəllüdlü bir qızı olan cütlük 2020-ci ildə ailə həyatı qurub.

Digər tərəfdən, Marinin NATO-nun baş katibi Yens Stoltenberqin yerinə namizəd ola biləcəyi ilə bağlı fərziyyələr var idi.

Bütün xəbərlər Facebook səhifəmizdə