NATO hərbi komandanlığı Çini alyans üçün hərbi təhlükə hesab etmir, buna görə də münaqişə vəziyyətində planlar hazırlamır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu bu gün NATO Hərbi Komitəsinin sədri Rob Bauer deyib.
Onun sözlərinə görə, NATO Çini daha çox çağırış kimi qiymətləndirir.
Bauer, alyansın Çinlə bağlı hərbi planlar hazırlamadığını bildirib.
O, alyansın Rusiya və beynəlxalq terrorizmi təhlükə hesab etdiyini deyib. Buna görə də hərbi komandanlıq xüsusi olaraq Rusiya Federasiyası və terrorçularla qarşıdurma halı üçün planlar hazırlayır.
Eyni zamanda, NATO nümayəndəsi vurğulayıb ki, alyansın bu cür mövqeyi Pekinlə silahlı münaqişə zamanı ayrı-ayrı üzv ölkələrin silahlı qüvvələrinin komandanlığının strateji planlaşdırma ilə məşğul olmaması demək deyil.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB