Bu arada Ukraynadan qayıdan Bundesverin baş müfəttişi Karsten Breuer, hazırda hücuma hazırlaşan Ukraynanın bunu həyata keçirmək üçün hələ ki, şəraitin olmadığını bildirib. Bununla yanaşı, general ukraynalılarda müharibə yorğunluğu hiss etmədiyini, müharibəni qələbə ilə başa çatdırmaq üçün qarşısıalınmaz iradə hiss etdiyini deyib.
“Onlar mənə cəbhə xəttində döyüşün necə aparıldığını izah etdilər. Yer hələ də çirkli və nəmdir. Bəzi sahələrdə hələ də böyük göllər var. Son həftələrdə hərtərəfli hücum üçün şərait hələ yaradılmayıb”.
Bunu Breuer bəyan edib.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, keçən həftə Ukraynada olan yüksək rütbəli alman hərbçisi, Kiyevdə ordu komandanı Valeri Zalujnı və Ukraynanın müdafiə naziri Oleksiy Reznikovla görüşüb. Breuer Almaniyanın hərbi yardımının praktiki təcrübəsi, o cümlədən müasir zenit sistemləri, özüyeriyən haubitsalar, həmçinin Leopard 2 əsas döyüş tankı ilə tanış olub.
Qeyd edək ki, almaniyalı baş müfəttiş əvvəlcə Polşada, sonra isə iki gün Ukraynada olub. Daha sonra o, Ukraynaya dəstəyin əsas prioritet olduğuna inandırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB