Rusiyada ikinci səfərbərlik dalğasına ehtiyac olduğunu Roskosmosun keçmiş rəhbəri Dmitri Roqozin qeyd edib. Bu fikri mayın 10-da “Moskva danışır” radiostansiyasının efirində “Çar canavarları” hərbi məsləhətçilər qrupunun rəhbəri bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Dmitri Roqozin, Rusiyada növbəti səfərbərlik dalğasının lazım olduğunu bildirib. Onun sözlərinə görə, xüsusi hərbi əməliyyat zonasında kadrların artırılması ilə bağlı problemlər yaranıb, çünki itki təkcə Ukrayna bölmələrində baş vermir.
Maraqlıdır ki, “...nəzərə almalıyıq ki, düşmən bizdən güclüdür” etirafında bulunan Roqozin, ona görə də, səfərbərliyə ehtiyac olduğunu bildirib.
“...Bizim şəxsi heyətlə problemimiz var, çünki uşaqlar yaralanıb, döyüşçülərimiz həlak olub. Döyüşlər dayananda belə, mərmilər atılır. Biz döyüşə hazır olanları itiririk. Bunları tamamlamaq lazımdır”.
Bu gün Rusiyadakı insan resursuna diqqət çəkən Roqozin daha çox “həvəsli insanlar” adlandırdığı könüllülərin xidmətindən yararlanmağı məsləhət görür. Roqozinə görə, onlar müharibəyə pula görə yox, guya ideyalara görə gedirlər(?). Ona görə də, könüllülərdən “vahid könüllü rus ordusu” yığmaq lazımdır.
“Könüllü olaraq cəbhəyə gedənlər zabitlərdir, bunlar Rusiya ordusunda xidmət etmiş hərbçilərdir. Bunlar ən motivasiyalı insanlardır”, - Roqozin bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Dmitri Roqozin Rusiyanın nüvə taktiki silahından istifadəsinin Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu dayandırmağın ən yaxşı yolu olacağı fikrini bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB