Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi çərşənbə günü Tokioda NATO ofisinin açılması planlarını açıqlayıb. Bu, NATO-nun Asiyada ilk ofisi olacaq. Nazirin sözlərinə görə, artıq danışıqlar aparılır. Hayaşi vurğulayıb ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi dünyanın sabitliyinə təsir edir və elə buna görə də Yaponiya öz regionunun təhlükəsizliyini gücləndirməlidir.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu arada NATO-nun baş direktoru Yens Stoltenberq danışıqların aparıldığını təsdiqləyib. O, Yaponiyanı Şimali Atlantika Alyansının yaxın və mühüm tərəfdaşı adlandırıb.
Stoltenberq, həmçinin qeyd edib ki, Çinin siyasəti Sakit okean regionunda sabitliyə təhdid ola bilər.
“Avropada baş verənlər Asiya üçün, Asiyada baş verənlər Avropa üçün vacibdir. Bu gün Pekin Ukraynada baş verənləri də diqqətlə izləyir”, - Stoltenberq bildirib.
NATO üzvləri həm Avropadan, həm də Şimali Amerika qitəsindən Şimali Atlantik okeanının hövzəsində yerləşən dövlətlərdir.
Eyni zamanda, NATO-nun İsveç, İsveçrə, Avstriya və Ukrayna kimi alyansa daxil olmayan ölkələrdə bir neçə əlaqə ofisləri var. Onlar NATO ilə bu ölkələr arasında ikitərəfli əlaqələrin inkişafı ilə məşğul olur və öz hərbi idarələrini informasiya eləcə də məsləhət dəstəyi ilə təmin edirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB