Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə danışıqlara başlaya və ona Ukrayna ərazisinin bir hissəsini saxlamağı təklif edə bilər. Bu, Zelenskiyə simasını xilas etməyə imkan verə bilər.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, belə arqumentləri Pentaqonun keçmiş əməkdaşı Cozef Bosko irəli sürüb.
“Tamamilə mümkündür ki, Vladimir Zelenski simasını xilas etmək üçün Vladimir Putinə hərbi əməliyyatları dayandırmağı təklif etməyə hazırdır. Bu o deməkdir ki, Rusiya suveren Ukrayna ərazisinin bir hissəsini saxlayacaq”.
Bunu Amerikanın “The Hill” nəşri üçün yazan Cozef Bosko, Ukrayna lideri üçün variant kimi Ukraynanın Avropa ölkələrinin nəzarəti altında formal referenduma razı olmasını təklif edib.
Yeri gəlmişkən, bir müddət bundan əvvəl Rusiya ilə Ukrayna arasında danışıqların mümkün olmayacağını bildirən BMT-nin baş katibi Antonio Quterreş, səbəb kimi, münaqişədə hər iki tərəfin öz qələbələrinə əminliyini göstərmişdi.
Bu arada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın Kiyevin Rusiyaya uduzacağını proqnozlaşdırıb.
360 telekanalı xəbər verir ki, Kolorado Universitetinin siyasi elmlər üzrə dosenti Piter Harris Rusiya və Ukrayna arasında potensial atəşkəsin yeni münaqişəyə çevrilə biləcəyini bildirib.
Təbii ki, bunlar öz yerində, amma rusların müharibə yox, xüsusi hərbi əməliyyat adlandırdığı...qarşıdurma hələ də davam etməkdədir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB