“Berlin Nürnberq Tribunalının qərarına şübhə etməməlidir”

“Berlin Nürnberq Tribunalının qərarına şübhə etməməlidir”

...Berlində “Ölümsüz alay”ın keçirilməsinə qoyulan məhdudiyyətlər biabırçılıqdır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova çıxış edib.

Diplomat qeyd edib ki, alman siyasətçiləri nə fəlsəfəni, nə ideologiyanı, nə də siyasətçiləri sevməyə bilərlər. Lakin onların Nürnberq Tribunalının qərarlarını şübhə altına almağa haqqları yoxdur.

“Berlin hakimiyyətinin bu günün qeyd olunmasını məhdudlaşdırmaq üçün etdiyi hər şey, əlbəttə ki, Nürnberq qərarlarına cəhddir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb.

Xatırladaq ki, Berlin polisi etirazçılara yaxınlarının portretlərini gəzdirməyə icazə verib. Bununla belə, “V”, “Z” rəmzləri, Georgi lenti, bayraq və pankartlar, hərbi geyim elementləri, eləcə də musiqi müşayiəti ilə yürüşlər qadağan edilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə