Əvvəla qeyd edək ki, Ukrayna tərəfi dəfələrlə bu ilin yazında əks-hücuma keçəcəyini elan edib.
Bu arada rus saytları da bekar qalmamış, Ukrayna Silahlı Qüvvələrinin əməliyyatı, onun hansı istiqamətlərə gedə biləcəkləri və Kiyevi hansı çətinliklərin gözlədiyi barədə filan qədər ehtimallar irəli sürüblər.
Bu gün SİA həmin ehtimallardan birinə istinad edir. Beləliklə, rusiyalı hərbi ekspert Vitali Kiselyov Kiyevin əks-hücum əməliyyatını iyun ayına qədər təxirə salına biləcəyini deyib. Onun fikrincə, əgər “ukronazilər” hücuma keçsələr, gələn ayın əvvəlində - 10 iyundan 22 iyuna qədər harasa gedə bilərlər(?).
Ötən gün Birinci Kanalın efirində danışan Kiselyov Artyomovskda (Baxmut) vəziyyətin indi çox ağır olmasına baxmayaraq, lakin Rusiyanın “müdafiəsinin dayandığını” bildirib.
Yeri gəlmişkən, bir müddət bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba, əks-hücumun uğursuz olacağı təqdirdə, Kiyevin yenisini təşkil etməyə çalışacağını bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB