Ərdoğan: "Türkiyədə yeni konstitusiya hazırlana bilər"

Ərdoğan Türkiyə Cümhuriyyətinin yeni əsrinə dair baxışımızın ən mühüm məqsədlərindən birinin ölkəni sivil və libertel konstitusiya gətirmək olduğunu bildirib.
Ərdoğan: "Türkiyədə yeni konstitusiya hazırlana bilər"

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Cümhuriyyətinin yeni əsrinə dair baxışımızın ən mühüm məqsədlərindən birinin ölkəni sivil və libertel konstitusiya gətirmək olduğunu bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, dövlət başçısı Ərdoğan paytaxt Ankarada Dövlət Şurasının 155-ci ildönümü mərasimində çıxış edib.

Fətullahçı Terror Təşkilatını (FETÖ) mühakimə sistemindən təmizləyərək yeni bir dövrə başladıqlarını ifadə edən Ərdoğan deyib:

“Biz hamımız məhkəmə sistemimizin terror təşkilatlarına qarşı apardığı mübarizənin şahidiyik".

Türkiyə üçün milli iradə ilə hazırlanmış güclü konstitusiya hazırlamaq istədiklərini vurğulayan prezident "Türkiyenin yeni əsrinə dair baxışımızın ən əhəmiyyətli hədəflərindən biri ölkəmizi sivil və liberter bir konstitusiyaya gətirməkdir. Bu mövzuda məhkəmə nümayəndələrimizdən töhfələr gözləyirik" deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə