İstanbulda taxıl yığıncağı başlayıb

İstanbulda taxıl yığıncağı başlayıb

Türkiyənin İstanbul şəhərində taxıl sövdələşməsi ilə bağlı dördtərəfli toplantı başlayıb. Rusiya Federasiyası, Türkiyə, Ukrayna və BMT üzvlərinin Müdafiə Nazirliyi rəhbərlərinin müavinləri arasında danışıqlar mayın 11-də başa çatacaq.

Beləliklə, Rusiya, Türkiyə və Ukraynanın müdafiə nazirliklərinin rəhbərləri, eləcə də BMT nümayəndələri taxıl müqaviləsinin həyata keçirilməsi və uzadılması məsələlərini müzakirə etmək üçün İstanbula toplaşıblar,

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.

Üç dövlətin və Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlərin müdafiə nazirlərinin müavinlərinin Türkiyə şəhərində keçirilən görüşünə yüksək status verilib.

Qeyd edək ki, dördtərəfli danışıqlar sabah, mayın 11-də başa çatacaq.

Akarın sözlərinə görə, “taxıl müqaviləsi” ilə bağlı danışıqlar sabitliyin qorunması və işlərin davam etdirilməsi naminə aparılır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə