Cəsarətə bir bax ey…
Beləliklə, Rusiya Federal Təhlükəsizlik Xidməti Çelyabinskdə yerli bloqer Alalas Alalasoviçi qandallayıb. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu şəxs “ukraynalılardan sonra” Kremlə zərbə endirməyə çağırışlar edirmiş.
Rusiya İstintaq Komitəsinin regional İstintaq Komitəsinin mətbuat xidməti saxlanılmanın görüntülərini nümayiş də etdirib.
İstintaq komitəsi əlavə edib ki, bloqerə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2-ci maddəsi ilə cinayət işi başlanılıb. İstintaqın versiyasına görə, bloqer öz yayımlarının efirində Rusiyada terror aktı törətməyə çağırışıar edib. Rus saytlarının yazdığına görə, tutulacağını hiss edən bloger bütün çağırışıarını silə bilib, amma...
Buna baxmayaraq, bloqer Alalas Alalasoviç mənzildəcə həbs edilib.
Qeyd edək ki, yayımlanan kadrlarda Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının lomla qapını necə sındırması, bundan sonra Alalasoviçi necə yerə yıxaraq əl-qolunu qandalladıqları görünür.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB