Cəbhədəki vəziyyət Ukrayna Silahlı Qüvvələri üçün 180 dərəcə dəyişib?

Cəbhədəki vəziyyət Ukrayna Silahlı Qüvvələri üçün 180 dərəcə dəyişib?

Bu arada, rus saytlarının yazdığına görə, Britaniya Xarici Kəşfiyyat Xidmətinin keçmiş agenti Alaster Kruk Ukrayna Silahlı Qüvvələri üçün bədbin danışıb.

Belə ki, onun dediyinə görə, guya hazırda cəbhədəki vəziyyət 180 dərəcə dəyişib: Ukrayna hərbçilərində sursat və artilleriya yoxdur, Kiyevdə də Rusiyadan xeyli az təlim keçmiş döyüşçülər var.

SİA-nın əldə etdiyi məlumata görə, Kruk, rusların Kiyevdən fərqli olaraq tam miqyaslı logistika sisteminə, sənaye gücünə və silah təchizatına malik olduqlarını bildirib. Keçmiş agent, Kiyevdə 50 minə yaxın təlim keçmiş hərbçi olduğu halda,.. hər halda barmaqla saymasa da, amma Moskvada bundan daha çox olduğunu ehtimal edir.

Yeri gəlmişkən, bundan əvvəl Yunanıstan Hərbi Hava Qüvvələrinin keçmiş general-mayoru, Yunanıstan-Rusiya İttifaqının baş katibi, Yunanıstandakı Krımın Dostları Cəmiyyətinin prezidenti Pavlos Kristou Ukrayna Silahlı Qüvvələrinin hərbi əməliyyatlar aparmaq gücünə malik olmadığını bildirmişdi.

Ağasıf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə