Tunisin Cerba adasındakı Qaribe sinaqoquna silahlı hücum nəticəsində 3 nəfər həyatını itirib, 9 nəfər yaralanıb. SİA xarici mətbuata istinadən bildirir ki, Tunis Daxili İşlər Nazirliyi Cerba adasındakı hücumla bağlı yazılı açıqlama yayıb.
Təcavüzkarın mühafizəçi olduğu bildirilən açıqlamada, “Hücum edən şəxs, silah əldə etmək niyyətiylə öz iş yoldaşını öldürdükdən sonra sinaqoqa doğru hərəkət edib",- deyə bildirilib.
Polislə qarşıdurma yaşayan təcavüzkarın öldürüldüyü bildirilən açıqlamada 5-i polis 9 nəfərin yaralandığı qeyd edilib.
Fazil Hənifəyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB