Somada daha bir FACİƏ

Manisa vilayətinin Soma rayonunun Sarıkaya məhəlləsi yaxınlığında özəl şirkət tərəfindən idarə olunan yerüstü kömür mədənində qazıntı işləri zamanı torpaq sürüşməsi baş verib. SİA xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Ərazidə yük maşınlarında olan 4 işçi və inşaat texnikası torpaq altında qalıb. Mədənə çox sayda xilasedici və tibbi birqada və jandarma qrupları sövq edilib.

"Mədənçilərimizdən biri - Fesih Acar həyatını itirdi", - məlumatda deyilir. Yerin altında qalan Mehmet Şeren, Mehmet Arslan və Onur Topbaş həmkarlarının köməyi ilə xilas edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə