ABŞ-da mümkün defoltu rəsmi brifinqdə şərh edən Ağ Evin mətbuat katibi Karine Jean-Pierre, bunu Rusiya və Çin üçün hədiyyə adlandırıb.
Onun fikrincə, ölkələr vəziyyətdən istifadə edərək Amerika iqtisadiyyatının çökdüyünü və ölkənin demokratiya kimi fəaliyyət göstərə bilmədiyini bəyan edirlər.
“Bu, həm də dünyada dolların dəyəri, institutları və ABŞ-ın aparıcı rolu ilə bağlı qeyri-müəyyənlik yaradacaq ki, bu da dollardan asılı olan bazarlarda dəyişkənliyə səbəb olacaq”. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu da mətbuat katibi bildirib.
Xatırladaq ki, bir müddət bundan əvvəl ABŞ-ın maliyyə naziri Canet Yellen ölkədə defoltun baş vermə vaxtını təxmin etmişdi. Belə ki, onun sözlərinə görə, Vaşinqtonun pulu iyunun əvvəlində tükənəcək. Nazir burada bəzi qeyri-müəyyənliyin olduğunu da istisna etməmişdi.
Maraqlıdır ki, nazir, ABŞ-da defoltun qarşısını almaq üçün yolların tükəndiyini də gizlətməmişdi.
Onun sözlərinə görə, nazirlik bir neçə aydır ki, fövqəladə tədbirlərdən istifadə edir, lakin bu fürsət demək olar ki, tükənib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB