Pentaqonun Ukraynaya yeni yardım paketi

Pentaqonun Ukraynaya yeni yardım paketi

ABŞ-ın Ukraynaya yeni 1,2 milyard dollarlıq yardım paketi Kiyevin yaxın vaxtlarda həyata keçirəcəyi planları ilə bağlı deyil.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə brifinqdə Pentaqonun sözçüsü Patrik Rayder bildirib.

Onun sözlərini Birləşmiş Ştatların yeni yardımı anbarlardan sursat və avadanlıqların dərhal buraxılmasını nəzərdə tutmur.

Kiyevə dəstək prosesində növbəti addımı o, Ukraynanın uzunmüddətli ehtiyaclarını maliyyələşdirmək üçün əlavə imkanların nəzərdən keçirilməsini adlandırıb.

Qeyd edək ki, mayın 9-da ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketi ayırdığı məlum olub. ABŞ hərbi saytında bildirildiyi kimi, bura əlavə hava hücumundan müdafiə sistemləri və sursatlar daxildir.

Qeyd edək ki, bir müddət bundan əvvəl ABŞ Milli Kəşfiyyatının direktoru Avril Hayns, Qərb ölkələrinin Ukraynaya silah və sursat tədarükünü kəsəcəyi təqdirdə, Kiyevin döyüş meydanında Rusiya ilə qarşılaşa bilməyəcəyini bildirmişdi.

Təbii ki, bunu rus saytları tirajlamışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə