"Ukrayna uğur qazanmaq üçün bütün resurslara malikdir"

"Ukrayna uğur qazanmaq üçün bütün resurslara malikdir"

...Ukrayna 2022-ci il fevralın 24-dən etibarən Rusiyanın ələ keçirdiyi əraziləri geri almaq üçün bütün lazımi resurslara malikdir.

SİA-nın əldə etdiyi məlumata görə, CNN bunu ABŞ dövlət katibi Entoni Blinkenə istinadən bildirib.

Belə ki, Blinken mayın 9-da Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ilə birgə mətbuat konfransında “onlarda son 14 ay ərzində Rusiya tərəfindən zorla ələ keçirilən əraziləri uğurla geri almağa davam etmək üçün lazım olan hər şey var”-deyə bildirib.

…Bu, təkcə silahlar deyil, həm də təlimlərdir: “Ukraynalıların onlara təqdim etdiyimiz sistemləri qoruya biləcəyinə əminlik var və əlbəttə ki, onların uğurlu olması üçün düzgün planlarının olması vacibdir”.

Qeyd edək ki, Blinken bu qənaətə ABŞ-ın Ukraynaya növbəti 1,2 milyard dollarlıq hərbi yardım paketini elan etməsindən sonra gəlib.

Xatırladaq ki, bu paket, xüsusilə, Ukrayna üçün hava hücumundan müdafiə sistemləri və döyüş sursatlarının alınması və istehsalına dair müqavilələri əhatə edəcək.

Yeri gəlmişkən, ABŞ sonuncu dəfə 2023-cü il mayın 3-də Ukraynaya 300 milyon dollarlıq hərbi yardım paketi elan edib.

Qeyd edək ki, həmən paketdə digər şeylərlə yanaşı, HIMARS və Hydra-70 təyyarə raketləri üçün döyüş sursatları da var.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə