Terror aktlarının qarşısı alınıb

Terror aktlarının qarşısı alınıb

Belarusda Qələbə günü ərəfəsində terror aktları törətmək cəhdlərinin qarşısı alınıb. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri BELTA-ya Belarus Dövlət Təhlükəsizlik Komitəsinin sədri İvan Tertel bildirib.

Onun dediyinə görə, Belarusun Dövlət Təhlükəsizlik Komitəsi mayın 9-u ərəfəsində terror aktları törətmək cəhdlərinin qarşısını alıb.

“Bizim hesablamalarımıza görə, bu hadisələr mayın 9-dan bağlı idi. Vəziyyəti qarışdırmaq cəhdi. Dövlət başçısı bu məqamlardan xəbərdardır”.

Qeyd edək ki, Tertel bildirib bunu.

Tertelin sözlərinə görə, terror aktlarının hazırlanmasının arxasında xarici xüsusi xidmət orqanları dayanıb. Onun dediyinə görə, cinayəti törədənlər saxlanılıb.

Daha ətraflı məlumatı sabah dərc edəcəyinə söz verən DTK sədri əlavə edib ki, söhbət belarus gənclərini terror fəaliyyətinə cəlb etməkdən gedir.

Xatırladaq ki, bir müddət əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko son vaxtlar diversantların ölkə ərazisinə daxil olması hallarının tez-tez baş verdiyini bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə