Həkimlərdən başqa hamını köçürürlər

Həkimlərdən başqa hamını köçürürlər

Bu günlərdə ruslar yaman əl-ayağa düşüblər. Belə ki, onlar Zaporojye vilayətindəki əhalini təxliyə etməyə davam etsələr də, amma həkimləri iş yerlərində qoyub gedirlər.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, insanlar evlərini tərk etmək istəmirlər.

Belə ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, mayın 8-də rus işğalçıları məktəbəqədər və məktəb yaşlı uşaqları, onların valideynlərini, eləcə də müəllim və digər dövlət sektorunun əməkdaşlarını Kamenka-Dneprovska şəhərindən təxliyə etməyə başlayıblar.

Yenə də Ukrayna saytlarının yazdıqlarına inansaq, yerli sakinlərin öz yurdlarını tərk etmək istəməmələri göstərilir. Amma buna baxmayaraq, rusların bəzi sakinləri Berdyanska aparıldığı da bildirilir.

Yuxarıda qeyd etdiyimiz kimi, ərazidə yerli xəstəxananın bütün tibb işçilərinin işə çağırıldığı deyilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə