Dodon Putini “göylərə qaldırdı”...

Elə mən də onu deyirəm, olmasaydı…
Dodon Putini “göylərə qaldırdı”...

...Vladimir Putin öz ölkəsinin vətənpərvəridir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Moldovanın keçmiş prezidenti İqor Dodon öz Telegram kanalında deyib.

Siyasətçi Rusiya lideri ilə çox isti münasibətlərinin olduğunu qeyd edib və ölkələr arasında əməkdaşlığın əvvəlki səviyyəyə qayıdacağına ümid etdiyini bildirib.

“Ümid edirəm ki, müəyyən mərhələdə biz əməkdaşlığımızı lazımi səviyyəyə qaytaracağıq ki, bu da Moldova xalqının əksəriyyəti ilə yanaşı, əminəm ki, elə Rusiya Federasiyası xalqının əksəriyyətinin də istədiyidir”.

Dodon bildirib bunu.

Bundan başqa, ölkənin sabiq lideri qadağaya baxmayaraq, Georgi lentini taxıb və “Ölməz alay” aksiyasında iştirak edib. Onun sözlərinə görə, 9 may dünya bayramıdır.

Və Moldovada həmişə belə olub, və bələ də olacaq.

Dodonun dediyinə görə, bu gün polis Moldovada Müqəddəs Georgi lentini taxan hər kəsi cərimələyəcəyinə söz versə də, amma o qorxub eləmir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə