Priqojin Artemovskda bir-iki gün də qalmağa qərar verib

Priqojin Artemovskda bir-iki gün də qalmağa qərar verib

Gərək ki, yadınızda olar, ötən günlərin birində “Vaqner” qrupunun rəhbəri açıq şəkildə emosional bir bəyanatla çıxış edərək mayın 10-da rəhbəri olduğu bölmələri Artemovskdan çıxarmaq niyyətində olduğunu bildirmişdi.

Qeyd edək ki, o, bu addımını Rusiya Müdafiə Nazirliyinin ona silah-sursat verməməi ilə əlaqələndirirdi.

Amma bu gün, mayın 9-da Yevgeni Priqojin sosial şəbəkələrində “Vaqner”in daha bir neçə gün şəhərdə qalacağını bildirib.

“…Artemovski tərk etməyəcəyik, daha bir neçə gün müdafiə edəcəyik, döyüşəcəyik”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Yevgeni Priqojin deyib bunu.

O, həmçinin əlavə edib ki, lazımi sursatın cəmi 10 faizinə malik olmasına baxmayaraq, vəzifəsində qalır.

Xatırladaq ki, bundan əvvəl Yevgeni Priqojin Artemovskda hücum təyyarələrinin fəallaşdığı barədə danışmışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə