Olaf Şolz Avropanı rusların “xox”undan qorxmamağa çağırıb

Olaf Şolz Avropanı rusların “xox”undan qorxmamağa çağırıb

Almaniya kansleri Olaf Şolz Avropa İttifaqını Rusiyanın güc nümayişindən qorxmamağa çağırıb. O, Avropa Parlamentində çıxış edərək Moskvada keçirilən Qələbə Paradını nəzərdə tutaraq bildirib.

“Bu cür güc nümayişi bizi qorxutmamalıdır. Biz Ukraynaya lazım olduğu müddətcə dəstəyimizdə sadiq qalırıq”.

SİA-nın əldə etdiyi məlumata görə, bunu almaniyalı siyasətçi bildirib.

Şolz Avropanı dünyaya vahid səs göstərməyə çağırıb və Avropa İttifaqına üzv olan 27 ölkənin hamısının Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi üzərində işləməyə davam edəcəyini vurğulayıb.

Kanslerin fikrincə, Avropa öz müdafiə strategiyasını gücləndirməli, həmçinin Ukraynaya sursat və hava hücumundan müdafiə sistemlərinin tədarükünü artırmalıdır.

Yeri gəlmişkən, Rusiya prezidenti Vladimir Putin Qırmızı Meydandakı çıxışında Rusiyaya qarşı yenidən müharibənin başladığını, lakin o, beynəlxalq terrorizmi dəf etdiyini və Donbass xalqının müdafiəsinə qalxdığını bildirib. Qeyd edək ki, Putin öz çıxışında ruslar üçün nə Qərbdə, nə də Şərqdə qeyri-dost və düşmən xalqlar olmadığını bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə