Rusiya səfiri Varşavada sovet əsgərlərinin xatirə qəbiristanlığına əklillər qoya bilsə də...
"Bu,əsl biabırçılıqdır--?"

Qələbə Günündə Rusiya hakimiyyəti Varşavada sovet əsgərlərinin xatirə qəbiristanlığına əklillər qoya bilsə də, amma idarəolunmaz və aqressiv izdihamla üzləşib. Bu isə abidəyə yaxınlaşmağa mane olub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiyanın Polşadakı səfiri Sergey Andreev bu barədə “İzvestiya” nəşrinə danışıb.

Qeyd edək ki, Rusiya Federasiyasının Varşavadakı nümayəndələri ötən il də oxşar vəziyyətlə üzləşməli olmuşdular. Ona görə də bu dəfə xoşagəlməz toqquşmaların qarşısını almaq məqsədilə, Polşa Xarici İşlər Nazirliyinə xəbərdarlıq edilmişdi.

Lakin bütün bunlara baxmayaraq, Polşanın hüquq-mühafizə orqanları abidəyə gülqoyma mərasiminə nəzarət etməkdən imtina ediblər.

Polşadakı rus səfiri Sergey Andreevin dediyinə görə, etirazçı və jurnalistlərin aqressiv izdihamı ona memoriala yaxınlaşmağa imkan verməyiblər.

Maraqlıdır ki, Varşava merliyindən Rusiya nümayəndələrindən gedib başqa vaxta gəlmələri xahiş olunub.

“Bizim üçün sürpriz olmadı. Polşalı qeyri-tərəfdaşlarımızın qeyri-dost münasibətinin daha bir təzahürüdür. Ancaq bu, müqəddəs bayramımızı korlamayacaq, çünki bizim işimiz ədalətlidir və qələbə bizim olacaq”, - Andreev bildirib bunu.

Qeyd edək ki, Rusiyanın Polşadakı səfiri bu gün səfirlikdə keçirilən ziyafətdə dost ölkələrin diplomatlarının bu bayramı Rusiya Federasiyasının ərazisində sakit şəkildə qeyd edəcəklərini bəyan edib.

Ağasəf Babayev .

Bütün xəbərlər Facebook səhifəmizdə