Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının yeni hesabatına əsasən, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri 8791 mülki şəxs həlak olub, 14815 mülki şəxs isə yaralanıb.
Hesabat müəlliflərinin qeyd etdiyi kimi, 2023-cü il mayın 8-nə olan məlumata görə, 3977 kişi, 2367 qadın və 488 uşağın ölümü təsdiqlənib. Göstərilən müddətdə ölən 1928 böyük və 31 uşağın cinsiyyətini müəyyən etmək mümkün olmayıb. Bu müddətdə 4088 kişi, 2730 qadın və 742 uşaq xəsarət alıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, hesabat müəllifləri aydınlaşdırıblar ki, mülki əhalinin faktiki sayı əhəmiyyətli dərəcədə yüksəkdir, çünki bəzi yerlərdə mülki əhalinin öldüyü və ya yaralandığı iddia edilən bir çox hesabat hələ də təsdiqlənməyi gözləyir. Belə yaşayış məntəqələrinə Mariupol (Donetsk vilayəti), Lisiçansk, Popasna və Severodonetsk (Luqansk vilayəti) daxildir.
Qeyd edək ki, hesabat müəlliflərinin fikrincə, 24 fevral 2022-ci ildən 2023-cü il mayın 8-dək olan dövrdə ən çox ölüm halı, ötən ilin martında qeydə alınıb.Belə ki, o zaman Rusiyanın təcavüzü nəticəsində 4102 Ukrayna vətəndaşı həlak olub, 2988 nəfəri isə yaralanıb. 2023-cü ilin əvvəlindən Birləşmiş Millətlər Təşkilatı Ukraynada 758 nəfərin öldüyünü, 2247 nəfərin yaralandığını qeyd edib.
Yeri gəlmişkən, geniş məhvetmə radiusuna malik partlayıcı silahlardan istifadə zamanı mülki əhalinin əksəriyyəti zərər çəkib. Yəni 7297 nəfər həlak olub, 14022 nəfər yaralanıb.
Onu da qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı real qurbanların sayının daha çox ola biləcəyini də istisna etmir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB