…Mayın 9-dan 11-dək gücü dördə çatan bir neçə maqnit qasırğası gözlənilir. Günəş Astronomiya Laboratoriyası Günəşdə alovların artmasının mayın 1-dən başladığını və emissiyaların Yerə doğru yayıldığını bildirib. Yeni alovlanmalar da mümkündür, ona görə də geomaqnit qeyri-sabitlik dövrü ən azı mayın 9-dan 10-dək davam edəcək.
“Bu səbəbdən mayın 9-10-na kimi geomaqnit vəziyyətində nəzərəçarpacaq tərəddüdlər gözlənilir”.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu astronomlar bildiriblər.
Amma bildirək ki, bu dövrdə maqnit qasırğaları pik dəyərlərə çatmayacaq. Alimlərin fikrincə, mayın 11-də vəziyyət nəhayət sabitləşməlidir.
Qeydn edək ki, maqnit sahəsinin növbəti "narahatlıqları" mayın sonunda proqnozlaşdırılır. Bununla belə, onlar kiçik olacaqlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB