Pakistanın keçmiş baş naziri tutulub

Pakistanın keçmiş baş naziri tutulub

Siyasi korrupsiyada, eləcə də xalqı nifrət və düşmənçiliyə təhrik etməkdə təqsirli bilinən Pakistanın keçmiş baş naziri İmran Xan paytaxt İslamabaddakı Ali Məhkəmədə Milli Maliyyə Məsuliyyət Bürosu tərəfindən həbs edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, səlahiyyətlilər Xanın “əl-Qadir Trust” (rüşvətxorluq) ilə bağlı iş üzrə həbs edildiyini, İslamabad Ali Məhkəməsinin sədri Aamer Farooq isə hökumət rəsmilərinə Xanın həbsi ilə bağlı məhkəməyə gəlməyi əmr etdiyini bildirib.

Digər tərəfdən, Xanın çevik qüvvələr vasitəsi ilə məhkəmə binasına daxil olması ilə təhlükəsizlik qüvvələri ilə onun tərəfdarları arasında qarşıdurma yaranıb. Hanın məhkəmə binasından sürükləndiyi bildirilir.

Xan keçən ilin aprelində parlamentdə etimadsızlıq səsverməsini itirdikdən sonra hakimiyyətdən düşdü. Məhkəmələrdə iştirak etmədiyi üçün vəzifədə olarkən dövlət hədiyyələrini satmaqda və var-dövlətini gizlətməkdə günahlandırılan Han barəsində martın 13-də iki ayrı həbs qərarı çıxarılıb.

Keçmiş baş nazir bu ilin oktyabrında keçiriləcək növbədənkənar ümummilli seçkilər üçün təşviqat aparır.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə